Ana səhifə Planet |
İrəvanın mərkəzində SSRİ bayrağı dalğalanır.
Axar.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Vaqe Makaryan məlumat yayıb.
“Sovet İttifaqının oraq-çəkicli Qırmızı Bayrağı 2007-ci ildən İrəvandakı "Moskva evi" adlanan mərkəzin üzərində dalğalanır. Məsələnin maraqlı tərəfi odur ki, mərkəzin digər tərəfində İrəvan meriyası yerləşir və onun üzərində Ermənistanın dövlət bayrağı var. “Moskva Evi”nin direktoru Vaqram Karapetyan əslində o yerə gəlmişdi ki, əvvəllər müstəqil olan Ermənistanı Sovet İttifaqının bir hissəsi kimi təqdim etsin. Bu, Vaqram Karapetyanın və onabənzər rusiyapərəst dairələrin yenidən SSRİ-də yaşamaq istədikləri ilə bağlı ciddi siqnaldır.
Bu gün Sovet İttifaqının dağılmasında təəssüflənənlər Ermənistanı yenidən Rusiyanın başçılıq etdiyi müttəfiq dövlətin hissəsi kimi görmək istəyirlər. Təəssüf ki, ölkəmizdə azad və müstəqil Ermənistanın tərəfdarları getdikcə azalır. Bəziləri artıq Ermənistanı və "artsaxı" Türkiyə və ya Azərbaycanın, digərləri Rusiya və ya yeni Sovet İttifaqının bir hissəsi kimi təqdim edirlər. Bütün bunlar Ermənistanın faktiki olaraq müstəqilliyini itirdiyini göstərir", - o qeyd edib.
Tarix
2022.05.16 / 11:54
|
Müəllif
Fatimə Zülfüqar
|