Yuxarı

Bir ABŞ generalı ruslara neçə dəfə “əsir” düşür? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən bəri sosial şəbəkələrdə ABŞ-ın Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandanlarından admiral Erik Tor Olsonun Mariupolda ruslara əsir düşdüyünü iddiası ilə görüntülər paylaşılır. İddianı bölüşənlər arasında tanınmış hərbi ekspertlər də var.

İstər-istəməz bir sual düşündürür: ABŞ generalı əsir düşür və Rusiya bu qədər “sakit”, heç nə olmamış kimi davranır? Niyə bu faktdan maksimum istifadə etmir? Rus mediasını “susmağa vadar edən” səbəb nədir?

Bu suallara aydınlıq gətirmək üçün internetdə qısa araşdırma apardıq. Məlum olur ki, amerikalı generalın əsir düşdüyünü “əks etdirən” fotodan ilk dəfə aprelin 17-də əsirlərlə bağlı xəbər və yazılarda istifadə edilib.

İkincisi, Erik Tor Olsonun mayın 16-da “Azovstal”dakı ukraynalı döyüşçülərlə birlikdə təslim olması mümkün deyil. Çünki sosial şəbəkələrin həm rus, həm də Ukrayna seqmentində ukraynalı döyüşçülərin hansı vəziyyətdə təslim olmaları, onların ruslar tərəfindən ciddi şəkildə yoxlanıldığını göstərən kifayət qədər görüntülər mövcuddur (Videolardan biri təqdim edilir). Amerikalı generalın təslim olanların arasında olmasını ilk növbədə Rusiya tərəfi elan edərdi ki, bu da sensasiya olardı. Halbuki Ukrayna ordusunun tərkibində vuruşan amerikalı könüllü döyüşçünün ölməsi xəbərini Rusiyanın bütün mətbu orqanları tirajlayır, hökumətyönlü telekanallarda buna xüsusi verilişlər həsr olunur.

Digər tərəfdən, tutaq ki, aprel ayına aid olan bu görüntü doğrudur, bəs, onda niyə Rusiya hökuməti indiyə kimi amerikalı generalın Ukraynada əsir düşdüyünü elan etməyib? Fevralın 24-dən bəri ABŞ dəfələrlə bəyan edib ki, Ukraynada Rusiyaya qarşı heç bir hərbçisi döyüşmür. İndi ruslar generalı əsir götürüb, ABŞ-ın dünyaya “rüsvay” etməzdi?

Tarix
2022.05.18 / 13:07
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla