Yuxarı

Bakıda axtarışda olan şəxs tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda axtarışda olan şəxs tutuldu

Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub. 32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış aparılan zamanı R.Almazovdan 1 ədəd "Makarov" markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.

Tarix
2022.05.29 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla