Yuxarı

Kurt Volker: “Qərb Putinin qarşısını almadı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kurt Volker: “Qərb Putinin qarşısını almadı”

ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker "Amerikanın səsi"nə danışarkən Qərbin Putinə olan münasibətini pisləyib.

Axar.az "Unian"a istinadən xəbər verir ki, eks-səfir Qərbin Kremlin təcavüzkar aqressiyasının qarşısını almaq üçün kifayət qədər çalışmadığını dilə gətirib:

"NATO Avropa təhlükəsizliyi sahəsində ən böyük böhranı ilə üzləşdiyi zaman Rusiya Krımı işğal edib, Ukraynaya soxuldu. Qərbsə buna sərt və qətiyyətli cavab verə bilmədi".

Volkerin sözlərinə görə, bunun səbəbini xarici amillərlə əlaqələndirmək lazım deyil, çünki "problem Alyansın daxilindədir".

Eks-səfirin sözlərinə görə, NATO üçün ən böyük problem siyasi iradə çatışmazlığıdır:

"Özünü qorumaq və dünyada sülhə və sabitliyə nail olmaq üçün bütün imkanlarımız var, amma bu gücə yalnız Avropada sahibik, bütün dünyada yox".

Kurt Volker nitqinin sonunda Putinə qarşı mübarizəni dinc və sanksiyalarla deyil, güc tətbiq etməklə aparmaq lazım olduğunu da vurğulayıb.

Tarix
2015.09.16 / 21:18
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla