İŞİD Rusiya ordusuna qarşı
ABŞ tanklarından istifadə edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "National
İnterest" qəzeti yayıb. İŞİD artıq Suriyada ABŞ istehsalı olan 140
ədəd M1A1 Abrams tankına sahibdir:
"Rusiya Suriyaya bir neçə T-90 tankı, 15 ədəd özüyeriyən
artilleriya qurğusu, 35 PDM gətirib. İŞİD isə artıq İraq
hərbçilərindən 140 ədəd "Abrams" tankı əldə edib. Doğrudur,
bunların çox hissəsi tank əleyhinə raketlər vasitəsilə vurulsa da,
istənilən vədə işlək vəziyyətə gətirilə bilər. İŞİD bunları daha
çox İraqda istifadə edir, amma onun Suriyada tətbiq olunma ehtimalı
da istisna edilməməlidir. İŞİD-in sıralarında Səddam Hüseyn
ordusunun veteranlarından təşkil olunmuş xüsusi tankçılar da
mövcuddur. Lakin onların "Abrams" tanklarından istifadə ilə bağlı
heç bir təcrübəsi yoxdur. Əslində, bu cür texnikadan onlar zəif
istifadə etdiklərini bundan öncəki müharibələrdə də sübuta
yetiriblər. Əgər Suriyada Rusiya ordusu müharibəyə müdaxilə etsə,
İŞİD onlara qarşı məhz bu silahlardan istifadə edəcək".