Yuxarı

Rusiya 17 milyon əsgər toplaya bilər - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 17 milyon əsgər toplaya bilər - General

Rusiya ilə Ukrayna müharibəsi üç əsas ssenari ilə yekunlaşa bilər. Birinci ssenari bütün Donbasın düşmən tərəfindən işğalıdır. Rusiya ordusu bütün səylərini bölgəni ələ keçirmək üçün cəmləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“İkinci ssenari Luqansk vilayətinin, sonra Donetskin tam ələ keçirilməsidir. Düşmən bahalı güc texnikasından istifadə edir, döyüşü dayandırmır. Rusiya təxminən 17 milyon, biz isə 2 milyon insanı səfərbər edə bilərik. Fərq var. Bəli, belə bir təhlükə də mövcuddur. Amma hər şey bizə ağır silahlarla nə qədər tez və kütləvi şəkildə veriləcəyindən asılıdır. Və o vaxta qədər Ukrayna ordusu mövcud qüvvələrlə özünü müdafiə etməlidir. Düşmən hələ də Severodonetski tuta bilmir, Lisiçansk da var, baxmayaraq ki, İzyumdan asimmetrik zərbə endirir”, - o bildirib.

Onun fikrincə, üçüncü varianta əsasən, Rusiya hərbi məqsədlərini yenidən nəzərdən keçirə və “qələbə” elan edə bilər:

“Bizə yetərincə və çoxlu kömək versələr, hərbi potensialımız Rusiyanı üstələyər. Düşməni ağır şəkildə vurmağa başlayarıq. Bu halda onlar bizimlə razılaşacaqlar”.

Tarix
2022.06.23 / 10:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla