Yuxarı

Zelenskidən Moldovaya xəbərdarlıq: Zərbə endirə bilərik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçilərinin yerləşdiyi Dnestryanıdan Ukraynaya mümkün hücum üzə şillə olacaq və biz buna zərbə ilə cavab verəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə birgə media konfransı zamanı deyib.

“Biz bu gün risklərlə bağlı xanım prezident qarşısında məsələ qaldırdıq. Dnestryanıdan Ukraynaya yönəlik hücumların adını çəkməzdim. Əgər belə olarsa, düşünürəm ki, bu, qlobal bir səhv olacaq. Müəyyən siqnallar alırıq. Onlar xoşagəlməzdir. Amma bu insanlar bilməlidirlər ki, onlar Moldovanın müvəqqəti işğal olunmuş ərazisindəki Dnestryanıdadırlar: bu, bizim üçün zərbə deyil, üzə şillə olacaq və biz mütləq zərbə ilə cavab verəcəyik”, - deyə Zelenski bildirib.

Maya Sandu isə Dnestryanıdan Ukraynaya qarşı qaçılmaz təhlükə görmədiyini bildirib.

O qeyd edib ki, Moldova hakimiyyəti Dnestryanının Ukraynanın sülh və təhlükəsizliyinə təhdid yaratmaması üçün əlindən gələni edir.

Tarix
2022.06.27 / 23:50
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla