Yuxarı

Türkiyənin yerli qırıcısı: bu xüsusiyyətlərə malikdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin istehsal etdiyi milli döyüş təyyarəsi (MMU) gələn il anbardan çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.

“Bu, çox iddialı layihədir. Biz görünməzlik texnologiyaları üzərində işləyirik. Beşinci nəsil deyəndə nəyi nəzərdə tuturuq? Bu, dünyada ən çox istifadə olunan texnologiyadır. Məsələn, Türkiyə F-35 layihəsində iştirak etsəydi, təyyarənin boyası cızılanda belə, amerikalılar gəlib dəyişdirməli idilər. Biz bu layihədə radarın görünməməsini təmin edən texnologiyalar üzərində işləyirik. Yerləşdirdiyimiz radar çox xüsusi olacaq. Bundan başqa, milli təyyarəmiz F-16 mühərrikinə bənzər mühərrikə sahib olacaq. Təyyarədə yerli məhsullardan hazırlanan çoxlu elektron elementlər var. Pilot dəbilqəsindən tutmuş rabitə sistemi və elektronikaya qədər yerli olacaq. Nəzarəti də bizdə olacaq. 30 tək alt sistemi var və biz onlardan yalnız 5-ni idxal edirik. Heç vaxt təyyarə istehsal etməmiş bir ölkə olaraq, bunun xəyal olmadığını göstərmək istəyirik”, - İ.Dəmir deyib.

Departament rəhbəri əlavə edib ki, qırıcıların daşıyacağı raketlər çöldə deyil, içəridə olacaq.

Tarix
2022.07.02 / 10:48
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla