Axar.az
Yuxarı

Özbəkistanda etiraz aksiyası: fövqəladə vəziyyət elan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:10

Özbəkistan Prezidenti Şövkət Mirziyayev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib.

Axar.az xəbər verir ki, prezidentin təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa eniş edib.

Qeyd edək ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur.

***

Prezident Şövkət Mirziyayev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

***

Prezident Şövkət Mirziyayev Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Tarix
2022.07.02 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nüvə savaşı: 360 milyon insan ölür, 5 milyard isə...

İran lazımsız tələblərindən əl çəkməlidir - ABŞ

Ukrayna Rusiya ordusunu buna məcbur etdi

Ukraynaya ayrılan milyardlar "boşa" gedir?

Putinə arxalanıb qurduğumuz model çökdü

Yunan qırıcıları Livan təyyarəsini ələ keçirdi

Latviya Ukraynaya 4 helikopter bağışladı

FTB tapılan sübutları özü yerləşdirib - Tramp

Serbiya Rusiya bazasından imtina etdi

Kansler: Bu, rus xalqının yox, Putinin müharibəsidir!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla