Yuxarı

FSB zabitini ələ keçirən türk casus Rusiyadan necə çıxarılıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB zabitini ələ keçirən türk casus Rusiyadan necə çıxarılıb?

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) türk qadın casusu həbs edib. Amma dövrün Milli İstihbarat Təşkilatının (MİT) müşaviri Sönməz Köksal xüsusi təyyarə ilə Rusiyaya uçub və casusu Moskvadan çıxarıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu maraqlı casusluq bazarlığı 1996-cı ildə baş verib.

Hadisə Rusiyanın ORT kanalında yayımlanan “Şərqdən gələn casus” sənədli filminin nümayişi zamanı ortaya çıxıb. Sözügedən sənədli filmdə Vicdan Şanslı adlı türk agentin 1996-cı ildə Qafqazın Krasnodar şəhərində yaxalandığı iddia olunub.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin mətbuat katibi Sergey Medvedyevin hazırladığı 40 dəqiqəlik sənədli filmə görə, Krasnodarda tutulan türk agent Aleksandr İvonav adlı rus agenti MİT-də işləməyə razı salmağa çalışırmış. FSB-nin gizli kamera ilə çəkdiyi görüş və məxfi sənəd mübadiləsi arxiv görüntüləri ilə təqdim edilib. Sənədli filmdə Türkiyə ilə Rusiya arasında casusluq fəaliyyətləri ilə bağlı centlmen razılaşmasının əldə edildiyi, lakin MİT-in sözünün üstündə durmadığı da ifadə edilib.

“Vicdan Şanslı 1996-cı ildə tutulanda, törətdiyi cinayətləri nəzərə alsaq, ömrünün qalan hissəsini həbsdə keçirməli idi. Lakin həmin il o vaxt MİT müşaviri Sönməz Köksal Moskvaya gələrək gizli danışıqlar nəticəsində Vicdan Şanslını Türkiyəyə aparıb. FSB heç bir səs-küy salmadan tutulan agenti Türkiyə kəşfiyyatına təhvil vermək qərarına gəlsə də, iki kəşfiyyat qurumu arasında daha etibarlı bir centlmen razılaşmasının olacağına ümid olunub”, - qeyd edilib.

Hətta iddia olunub ki, sonrakı illərdə Rusiyanın cənub bölgələrində, Krasnodar, Soçi və Novorosiysk şəhərlərində Türkiyə kəşfiyyatına işləyən daha 17 agent tutulub. Amma qəribədir ki, belə informasiya öz təsdiqini tapmayıb. Daha sonra “Türk agentləri tutuldu” xəbəri rus mediasını bəzəyib. Amma qəribədir ki, hadisə müəmmalı şəkildə bağlanıb. Rusiya məxfi xidməti FSB-nin Soçidə iki türk casusu Nəsrin Uslu və Haki Mutludoğanı ələ keçirməsi xəbəri yayılsa da, bunun əsassız olduğu ortaya çıxıb. Soçidə turizm agentliyində tərcüməçi işləyən Nəsrin Uslu viza almaq üçün Trabzondakı Rusiya Konsulluğuna gedərkən bu barədə xəbər tutub. Viza verilmədikdən sonra hadisədən xəbərdar olan Nəsrin Uslu bildirib ki, aylardır Türkiyədədir və həbs edilməsi yalandır.

Həmin vaxt Soçidə olan Haki Mutludoğan da türk mətbuatına deyib ki, bu barədə heç bir məlumata malik deyil. Onun açıqlaması qəzetlərdə çıxandan sonra FSB Mutludoğana zəng edərək ifadəsini alıb.

Tarix
2022.07.02 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla