Yuxarı

Mirziyayev: İğtişaşlarda ölən və yaralananlar var!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraqalpaq Muxtar Respublikasında baş verən iğtişaşlar zamanı dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və yaralananlar olub.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev muxtar respublikasının deputatları, aktivistləri ilə görüşündə bildirib.

“Hökumət binaları və mühafizə olunan obyektlərə hücumlar olub. Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər var”, - o deyib.

Prezident yaralananların və ölənlərin sayını açıqlamayıb.

Mirziyayev qeyd edib ki, bəzi qüvvələr Konstitusiya islahatlarına etiraz bəhanəsi ilə zorakılıq yolunu seçiblər.

“Onlar saxta məlumatlar yayırlar, cəmiyyətdə sabitliyi, ərazi bütövlüyünü pozmaq məqsədilə vətəndaşları Konstitusiyanı pozan fəaliyyətlərə cəlb edirlər”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, muxtar respublikasının mərkəzi Nukus şəhərində fövqəladə vəziyyət elan edilmişdi.

Tarix
2022.07.03 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla