Yuxarı

Şakiradan liderlərə Aylin Kürdi çağırışı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şakiradan liderlərə Aylin Kürdi çağırışı

Dünya şöhrətli müğənni Şakira UNİCEF tərəfindən BMT-də təşkil edilən "uşaqların inkişafı və təhsili" mövzulu yığıncaqda iştirak edərək jurnalistlərin suallarına cavab verib.

Axar.az xəbər verir ki, Şakira Suriyadakı müharibədən qaçan miqrant uşaqların vəziyyətindən bəhs edərək 2 yaşlı Aylan Kürdinin Egey sahilinə çıxan cəsədinin çox faciəli görüntü olduğunu söyləyib.

Bu fotoda əks olunan faciənin unudulmamalı olduğunu yazan Şakira miqrant probleminin həll olunacağına ümid etdiyini bildirib:

"Müharibələrin əvəzini uşaqlar ödəməməlidir. Hamımızın uşaqlar qarşısında məsuliyyətimiz var. Nə liderlər, nə də vətəndaş cəmiyyəti olaraq bizlər bundan qaça bilərik. Gördüyüm qədəri ilə irqçilik önəmli problemdir. Hər ölkənin öz iqtisadi problemləri ola bilər, ancaq insan ehtiyac və haqlarının, sərhədlər, bayraqlar, irqçilik və eqoizmdən üstün tutulacağına ümid edirəm. Ölkələrin və liderlərin toplanaraq həlak olan Aylan Kürdi və Qalib Kürdi adına problemə məntiqli həll yolu tapacaqlarına inanıram".

Tədbirin sonunda Şakira suriyalı uşaqlar üçün Con Lenonun "İmagine" (Təsəvvür et) mahnısını səsləndirib.

Tarix
2015.09.23 / 16:50
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla