Yuxarı

Rusların mühüm uğuru – Britaniya kəşfiyyatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lisiçanskı ələ keçirdikdən sonra rus qoşunları Luqansk vilayətinin demək olar ki, bütün ərazisi üzərində nəzarəti genişləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiyanın Lisiçanskı ələ keçirməsi faktiki olaraq Luqansk vilayətinin bütün ərazisi üzərində nəzarətini genişləndirir. Bu ruslara müharibənin məqsədi kimi təqdim etdikləri Donbasın “azad edilməsinə” doğru irəliləyişi deməkdir. Müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Rusiya ən azı iki qoşun qruplaşması arasında kifayət qədər effektiv koordinasiya əldə edib. Bu, general-polkovnik Aleksandr Lapinin Mərkəzi Qrupu və yeni təyin olunmuş general Sergey Surovikinin Cənub Qrupu komandanlığı arasında olan koordinasiyadır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Donbas uğrunda döyüş yavaş irəliləmə tempi və rus artilleriyasının kütləvi istifadəsi ilə xarakterizə olunur:

“Bu müddət ərzində şəhərlər yerlə-yeksan edilirdi. Donetsk vilayətində döyüşlər demək olar ki, eyni axarda davam edəcək”.

Xatırladaq ki, Rusiya lideri Putin Mərkəz Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Lapin və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandanını müavini Əsədulla Abaçevə bu əməliyyata görə Rusiya Qəhrəmanı adını verib.

Tarix
2022.07.05 / 11:21
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla