Yuxarı

İsrail İŞİD-i Ermənistana bənzətdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İŞİD-i Ermənistana bənzətdi

İsrailin nüfuzlu "Times of İsrael" nəşrində İŞİD tərəfindən mədəniyyət abidələrinin məhv edilməsi, oxşar aktların Ermənistan tərəfindən də sistematik həyata keçirilməsi barədə məqalə dərc edilib.

APA-nın xəbərinə görə, məqalənin müəllifi İsrael Barouk mədəni təmizləmə məsələlərində İŞİD-in tək olmadığını, eyni aktların Ermənistan tərəfindən Azərbaycana qarşı da həyata keçirildiyini diqqətə çatdırıb.

Məqalədə qeyd edilib ki, radikalizm və ektremizm bütün etnik, dini azlıqlar üçün dünyəvi, proqressiv və tolerant dövlət olan Azərbaycandan yan keçib və bu ölkənin on illiklərdir ki, ABŞ və İsraillə güclü münasibətləri var.

"Azərbaycan bu nailiyyətləri ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal altında saxlandığı vaxtda əldə edib. Ermənistan etnik və mədəni təmizləməni təkcə müharibə illərində deyil, atəşkəs vaxtı da həyata keçirir. Bu faktlar dünyanın digər dövlətlərindən olan jurnalistlər tərəfindən də təsdiqlənib.

2010-cu ildə İsveç jurnalisti Andre Widmer Azərbaycanın işğal edilmiş ərazilərini ziyarət edib və erməni işğalçıları tərəfindən Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən abidələrin məhv olunduğunu təsvir edib. Böyük Britaniyanın Qafqaz üzrə tanınmış eksperti Tomas de Vaal isə ermənilər tərəfindən dağıdılmış Ağdamı "kiçik Xirosima" ya bənzədib", - deyə müəllif yazır.

Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti bir vaxtlar azərbaycanlıların yaşadığı ərazilərdə qədim erməni sivilizasiyası tapmaq, Azərbaycan kəndlərinin adlarını dəyişməklə məşğuldur.

"Necə ki, İŞİD yenidən tarix yaratmaq istəyir, eləcə də işğalçı Ermənistan tarixi faktları bütövlükdə dəyişməyə çalışır", - deyə müəllif qeyd edir.

Məqalənin sonunda bütün antihumanist aktlara baxmayaraq, Azərbaycanın inkişaf və stabillik adasına çevrildiyi vurğulanır.

Tarix
2015.09.25 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla