Yuxarı

Putin taxıl ixracına niyə razılaşdı? - Strategiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin taxıl ixracına niyə razılaşdı? - Strategiya

Rusiya Prezidenti Vladimir Putin vəziyyəti gərginləşdirməmək qərarına gələrək, Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair müqavilə imzalamağa razılaşıb.

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

Onun sözlərinə görə, Putin bu yaxınlarda Avropanı qaz nəqlini dayandırmaqla hədələyib və bununla da enerji müharibəsi elan edib:

“Ərzaq müharibəsinə gəlincə, orada asılılıq olmadığı üçün bunu elan edə bilmir. Putinin Asiya və Afrika ölkələri qarşısında gözəl görünməsi vacibdir.

Burada Putinin geosiyasi oyunları da var. Lakin əsas odur ki, o, indi hər şeyi riskə atmağa hazır deyil. O, dünyada total böhran yaratmaq üçün vəziyyəti gərginləşdirmək istəmir".

Fesenko Putinin Qərblə açıq konfliktə getmək istəməməsini Rusiyadakı qeyri-sabit daxili vəziyyətlə izah edib:

"Bu mənada yaxşı xəbər odur ki, Putinin hələ də müəyyən rasionallığı var. Bu o deməkdir ki, siz ona təzyiq edə bilərsiniz".

Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında taxıl ixracına dair saziş imzalanıb.

Tarix
2022.07.23 / 08:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla