Yuxarı

Fransa ilə Britaniya arasında gərginlik pik həddə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti ilə Böyük Britaniya arasında gərginlik yenidən pik həddə çatıb.

Axar.az xəbər verir ki, iki ölkə sərhədində yerləşən Dover limanında yaranan uzun növbə tərəflərin bir-birini tənqid etməsinə gətirib çıxarıb. Belə ki, Böyük Britaniya xarici işlər naziri Liz Trass Fransanı günahlandıraraq, sərhəd məntəqəsinə kifayət qədər hərbçi yerləşdirmədiyini bildirib və uzun növbələrin buna görə yarandığını söyləyib.

İnsanların üzləşdiyi çətin vəziyyəti həll etmək üçün hərəkətə keçmək lazım olduğunu vurğulaya Trass deyib:

"Fakt budur ki, Fransa səlahiyyətliləri sərhədə kifayət qədər hərbçi yerləşdirməyib. Bununla bağlı Fransa səlahiyyətliləri ilə əlaqə saxlayıram".

Fransız səlahiyyətliləri isə Britaniya hökumətinin iddialarını rədd edərək, gecikmə və maneənin səbəbinin Breksit və sərhəd nəzarəti olduğunu bildirib.

Qeyd edək ki, Dover limanı Fransa, Belçika və Hollandiyaya daxil olmaq istəyən sərnişinlər üçün mühüm dayanacaqdır. Ötən gün sərnişinlər 6 saata qədər növbədə qalıblar və bundan sonra “ciddi vəziyyət” elan edilib.

Tarix
2022.07.24 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla