Yuxarı

Ərdoğan bu gün Soçiyə gedir: Qarabağ müzakirədə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 5-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzulardan biri Qarabağla bağlı ola bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya-Türkiyə Sosial Forumunun baş katibi və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov iki liderin görüşündə müzakirə olunacaq məsələləri dəyərləndirərkən deyib.

“İlk növbədə tərəflərin müzakirə edəcəyi mövzu ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarından birgə yayınma məsələsidir. İkinci taxılla, üçüncü məsələ isə Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı ola bilər. Fikrimcə, Rusiya bir tərəfdən Türkiyənin təhlükəsizlik sahəsindəki maraqlarını nəzərə almaq, digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verə biləcək münaqişənin qarşısını almaq üçün Türkiyə ilə bərabər sülhü qorumaqla bağlı müxtəlif variantlar hazırlamaqda maraqlıdır.

Dördüncü məsələ Qarabağ problemidir. Hazırda bölgədə toqquşmalar yenidən başlayıb. Bununla belə, Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətdə birgə iştirak edir.

Beşincisi, nüvə enerjisi sahəsində əməkdaşlıqdan tutmuş turizmə qədər iqtisadi məsələlər bütün müzakirə olunacaq məqamlara daxil ola bilər”.

Markov iki lider arasında keçiriləcək görüşün bütün dünyaya qarşılıqlı siyasi anlaşma nümunəsi göstərəcəyini bildirib.

Tarix
2022.08.05 / 08:00
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla