Yuxarı

Ukraynada əhaliyə zorla rus pasportu verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada əhaliyə zorla rus pasportu verilir

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində əhalini Rusiya pasportu almağa məcbur edirlər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Melitopol və onun ətrafının sakinləri üçün işğalçılar “torpaq payları” ilə bağlı ictimai tələblər irəli sürüblər. Torpaq payları üçün icarə müqaviləsi olan şəxsləri onları yeniləmələyə məcbur edirlər. Müqavilə müddəti başa çatmış şəxslər Rusiya pasportu əsasında və Rusiya qanunvericiliyinə uyğun olaraq yeni müqavilə bağlamalıdırlar. Müqavilənin müddəti başa çatdıqda və mülkiyyətçi gəlmədikdə, o, torpaq paylarına sahib olmaq hüququndan məhrum edilir. İşğalçılar bildiriblər ki, sentyabrın əvvəlindən nəqliyyat vasitələrindəki Ukrayna tipli dövlət nömrə nişanlarını müvəqqəti nömrələrə dəyişmək lazımdır. Amma bunun üçün Rusiya pasportu da olmalıdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Xerson vilayətinin işğal olunmuş ərazisində qondarma “yerli hakimiyyət” kənd təsərrüfatı istehsalçılarını Rusiyanın qanunlarına uyğun olaraq fəaliyyətlərini qeydiyyata almağa və "vergi" ödəməyə çağırıb.

“İmtina edənlər torpaq sahəsinə sahiblik hüququndan məhrum ediləcək, aqrobiznes sahibləri isə rayondan çıxarılacaq”, - deyə onların hədələndiyi vurğulanıb.

Tarix
2022.08.05 / 16:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla