Yuxarı

Misir 9 milyondan çox miqranta ev sahibliyi edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, Misirdə 9 milyon miqrant məskunlaşıb. Bu, ölkə əhalisinin 8,7 faizinə bərabərdir.

Axar.az xəbər verir ki, Misirlə qonşu ölkələrdə silahlı münaqişələr və dərin sosial böhran nəticəsində son illər miqrantların sayında böyük artım olub. Belə ki, hazırda Misirdə 4 milyondan artıq sudanlı, 1,5 milyon suriyalı, 1,2 milyon yəmənli və 1 milyona yaxın livanlı məskunlaşıb. Bu ölkədə Afrikanın müxtəlif dövlətlərindən də xeyli sayda miqrant var.

Hesabatda qeyd olunub ki, başqa dövlətlərdən fərli olaraq, Misir illeqal miqrantlar üçün çadır şəhərcikləri salmayıb. Ölkəyə axın edənlər paytaxt Qahirə da daxil olmaqla, müxtəlif şəhərlərdə məskunlaşıblar. Bundan başqa, müxtəlif vilayətlərdə salınan 70 miqrant kəndinə dövlət tərəfindən yardımlar da ayrılıb.

Lakin Misir hökuməti ötən ildən başlayaraq sosial-iqtisadi vəziyyətlə bağlı miqrant axınının qarşısını almaq istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Parlament tərəfindən qəbul olunmuş yeni qanunlara görə, qonşu Afrika ölkələrindən qanunsuz miqrasiyaya dəstək olan məmurlar, habelə qaçaqmalçılara qarşı ciddi cinayət məsuliyyəti nəzərdə tutulub.

Tarix
2022.08.07 / 23:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla