Yuxarı

Şərəflə döyüşən "azovçu"lar terrorçudur? - Jdanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərəflə döyüşən "azovçu"lar terrorçudur? - Jdanov

Rusiya əsir düşən Azov döyüşçülərini Ukraynaya verməmək üçün əlindən gələni edir.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Oleq Jdanov deyib.

Ekpertin fikrincə, əsirləri azad etmək üçün bir neçə variant var:

"Variantlardan biri böyük əsir mübadiləsidir. Çoxlu sayda rus əsgərini əsir götürmək üçün əks-hücum əməliyyatına başlamalıyıq".

Ekspertin sözlərinə görə, ruslar Mariupolda ukraynalı döyüşçüləri terrorda ittiham etmək üçün məhkəmə təşkil edəcəklər:

"Halbuki onlar döyüşçüdürlər, ölkənin nizami Silahlı Qüvvələrinin üzvləridir. Əsgər şəxsi zəmində cinayət törətməyibsə, o, hər hansı terrorçuluqda ittiham edilə bilməz. O, sadəcə ölkəsi qarşısında and içib, əmr yerinə yetirib. “Rusiya açıq-aşkar vəhşilik edir” deyən əsgəri cinayətdə ittiham etmək olmaz".

Jdanov “Debalçevsk əməliyyatı” zamanı Azov batalyonunun rus qoşunlarını Mariupoldan geri atdığını xatırladıb:

"İndi belə çıxır ki, onlar ölkələrini, evlərini, ailələrini müdafiə etdiklərinə görə ittiham olunurlar? Biz Rusiya Federasiyasının nə olduğunu yaxşı anlayırıq. Bu, həqiqətən ölkə deyil, cinayətkar qruplaşmadır".

Tarix
2022.08.12 / 08:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla