Yuxarı

Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır. Ona görə də bu məsələ yalnız Tayvanla bitməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Əsrin son onilliklərində Çin-Amerika qarşıdurmasının əsas arenası Asiya-Sakit okean regionu deyil, Çinin iqtisadi və siyasi ekspansiyasını çox uğurla həyata keçirdiyi Afrika qitəsi olub. Məhz Çin İran neftinin əsas istehlakçısıdır. Və Çin Yaxın Şərq regionunda antiamerikan əhval-ruhiyyəni və hərəkətləri stimullaşdırmaq üçün bir çox rıçaqlara malikdir”, - deyə hərbi ekspert bildirib.

Kuznetsov Qırmızı dəniz sahilində, Süveyş kanalının yaxınlığında yerləşən Cibutidəki Çin hərbi bazasını da xatırladıb:

“Bir sözlə, Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır, ona görə də açıq-aşkar Tayvanla bu məsələ bitməyəcək. Vəziyyətə məhz belə bir baxış kontekstində ən maraqlı və aktual olan yalnız bir sualdır: Nensi Pelosinin Tayvana səfərinə rəsmi Pekinin reaksiyası necə olacaq? Heç kimin zərrə qədər də şübhəsi yoxdur ki, bu, çox güclü reaksiya olacaq. Bütün dünya sözün əsl mənasında bunun nəcə olacağını gözləyərək “donub” qalıb”.

Tarix
2022.08.12 / 09:09
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla