Yuxarı

Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə müəmma: yerin altından gələn qorxulu səs...

Türkiyənin Siirt vilayətinin Akyayla kəndində gecəyarı baş verən hadisə sakinləri qorxuya salıb.

Axar.az xəbər verir ki, kənd sakinlər gündüz çağı yerin dərinliyindən müəmmalı səslərin gəldiyini iddia ediblər.

Kənd sakinlərindən biri Xalid Aygünün sözlərinə görə, uğultu o qədər güclü olub ki, yerin səthində titrəmə baş verib.

Onun sözlərinə görə, öncə bunun zəlzələ olduğunu düşünsələr də, sonradan evlərdə hər hansı dağıntı, çatın olmadığını müəyyən ediblər.

Digər kənd sakini Sadiq Aktı isə daha öncə belə bir səsi duymadığını bildirib: “Qorxuducu səs idi. Daha əvvəl zəlzələ yaşamışıq. Bunun zəlzələ ilə əlaqəsinin olduğunu düşünmürəm”.

Qeyd edilir ki, daha öncə yaxınlıqdakı Meydandərə kəndində də bənzər müəmmalı hadisə yaşanıb.

Baş verənlərlə bağlı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) hər iki kənddə araşdırmalara başlayıb.

Tarix
2022.08.12 / 22:50
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla