Yuxarı

Ərdoğan Baydenlə görüşə bilər: F-16 məsələsinin pərdəarxası...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Baydenlə görüşə bilər:

Türkiyə ilə ABŞ arasında F-16 sövdələşməsinin pərdəarxası təfərrüatı ortaya çıxmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“İki ölkə arasında F-16 döyüş təyyarələrinin alqı-satqısı ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasındakı mümkün görüşdə bu məsələnin müzakirə ediləcəyi bildirilir. Ankara problemlə bağlı prosesin uzanmasını istəmir. Bu səbəbdən də Pentaqonla danışıqlar aparır və F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresinə təqdim olunmasını tələb edir. Konqres də müəyyən müddət ərzində bu məsələni təsdiqləyə bilər”, - nəşr yazıb.

Bildirilir ki, ödənişlər zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq üçün əsas firmalardan sayılan OFFSET-lə razılaşmalar imzalanacaq:

"Beləliklə, “qazan-qazan” prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhsulları almalı olacaq".

Tarix
2022.08.13 / 11:11
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla