Yuxarı

AB və 40-dan çox ölkə Rusiyaya çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB və 40-dan çox ölkə Rusiyaya çağırış etdi

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye AES-dən dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırıb.

Axar.az xəbər verir ki, bəyanat Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və təminat prinsiplərini pozur.

Bildirilib ki, Zaporojye AES-də Rusiya hərbi qüvvələrinin olması operatora və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara, MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur.

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın işğalı və Ukraynanın nüvə obyektlərində mövcudluğunu davam etdirməsi nüvə insidentləri və qəza riskini xeyli artırır.

Tarix
2022.08.14 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla