Yuxarı

Ukrayna Rusiya ordusunu buna məcbur etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri artıq Rusiya ordusunu müharibənin əvvəlində ələ keçirdiyi ərazilərin bir hissəsini tərk etməyə məcbur edib. Amma kütləvi əks-hücum edə bilmirik. Çünki buna gücümüz yetmir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, bu gün Xarkovdan Xersona qədər uzunluğu min kilometrdən çox olan cəbhə formalaşıb:

"Müharibədən əvvəl kifayət qədər ehtiyat toplamırdıq, bu gün isə ehtiyatlarımız tükənib. Biz ancaq Qərb dövlətlərinin köməyi ilə vuruşuruq. Qərb ölkələri də bizə hərbi yardım verməyə tələsmir. Görürük ki, texnika və silahları nə qədər yavaş və nə qədər kiçik həcmdə alırıq.

Bütün bunlara baxmayaraq, baş komandanımız general Zalujnının dediyi kimi, bu gün Ukrayna Silahlı Qüvvələri müdafiə əməliyyatları apara bilir. Rusiya ordusu bu gün praktiki olaraq hücum etmək iqtidarında deyil”.

Jdanov Britaniya kəşfiyyatının iyul ayında rus ordusunun Baxmut istiqamətindən cəmi 10 km, Pesok və Avdeyevka bölgələrindən isə 3 km irəlilədiyi məlumatını xatırladaraq, bunu Ukraynanın böyük qələbəsi adlandırıb:

"Bəli, biz dövlətimizə məxsus şəhərlərin geri qaytarılmasını və Rusiyanın işğalçı qoşunlarının ərazimizdən çıxarılmasını istəyirik. Amma təəssüf ki, Rusiya çox böyük ölkədir və onların çoxlu texnika və silahı var”.

Tarix
2022.08.16 / 08:30
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla