Yuxarı

Şoyqu gözümün içinə baxdı və dedi… - Uolles

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il fevralın 11-də Britaniya müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə Ukraynada baş verə biləcək müharibənin mümkün yan təsirləri barədə danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumatda bildirilib ki, Uolles görüş zamanı Putinin NATO-nun genişlənməsi tələbləri və alyansın Şərqi Avropadakı fəaliyyəti ilə bağlı danışıqlar barədə soruşmaq istəyib. Şoyqu isə mövzuya maraq göstərməyib. Daha sonra britaniyalı nazir həmkarına xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal etmək qərarına gəlsə, şiddətli müqavimətlə üzləşəcək. Şoyqu isə Rusiya və Ukraynanın bir ölkə olduğunu, hətta anasının ukraynalı olduğunu deyib. Bununla belə, o, əmin edib ki, onlar müharibəyə başlamağı planlaşdırmırlar.

Nəşr Uollesin Şoyqu barədə fikirlərinə də yer verib:

“Şoyqu gözlərimin içinə baxdı və dedi: “Biz Ukraynanı işğal etməyi planlaşdırmırıq”. Bu, rusların nə qədər hiyləgər olduğunu göstərir”.

Tarix
2022.08.17 / 17:54
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla