Yuxarı

"Bayraqdar" Putinə nümunə oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bayraqdar" Putinə nümunə oldu

Türkiyənin PUA-ları Putin və bütün dünya liderlərinə nümunə oldu. Hazırda Türkiyə bu sahədə özünü Almaniyadan daha yaxşı təmin edir.

Axar.az xəbər verir ki, bu barədə “A Haber” portalı məlumat yayıb.

Almaniyanın “focus.de” nəşri də “Bayraqdar TB2” ilə bağlı diqqətçəkən xəbər yayıb.

Qeyd olunub ki, 1970-ci illərdə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi embarqolardan sonra ölkə öz müdafiə sənayesi sahəsində müstəqil olmaq üçün inqilabi addımlar atır:

“TB2 döyüş meydanında böyük təsirə malik olmasına baxmayaraq, nisbətən ucuzdur. Ukrayna müharibəsində də Türkiyə açıq şəkildə “Bayraqdar”ın ən yaxşı silah sistemlərindən biri olduğunu ortaya qoydu. Buna görə hazırda bir çox ölkə "Bayraqdar" almaq istəyir.

Türkiyə sadəcə bir ildə dronlara 1,6 milyard dollar sərmayə qoymaqla, özünü təminetmə faizini yüzdə yetmişə çatdırıb. Hədəf isə yüzdə yüz nəticə göstərmək idi. “Bayraqdar”dan əlavə onlar təyyarədaşıyan gəmilər, müxtəlif zirehli maşınlar, tanklar, daşınabilən portativ raket qurğuları, helikopterlər, peyk sistemlərini də inkişaf etdirirlər”.

Tarix
2022.08.18 / 08:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla