Yuxarı

Avropa Ukraynaya yardımı azaldıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Ukraynaya yardımı azaldıb

İyul ayı ərzində Avropanın altı ən böyük ölkəsi müharibədən sonra Ukraynaya yeni ikitərəfli hərbi öhdəliklər təklif etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Aprelin sonundan etibarən Avropanın Ukraynaya hərbi yardım üzrə öhdəliklərinin azalma tendensiyası müşahidə olunur. Keçən həftə Ukraynaya dəstək üzrə Kopenhagendə keçirilən Şimal Müttəfiqlərinin Müdafiə Nazirləri Konfransında Kiyevə əlavə dəstək olaraq 1,5 milyard avrodan çox vəsait ayrılması razılaşdırılıb. Bu rəqəm əvvəlki konfranslarda razılaşdırılanlarla müqayisədə kiçikdir. Avropa ölkələri Ukraynadakı müharibəyə daha çox avrozona böhranı və ya koronavirus pandemiyası kimi baxmalıdırlar. Bu iki hadisə qitəni fövqəladə maliyyələşdirmə tədbirlərinə yüz milyardlarla vəsait xərcləməyə vadar edir. AB-nin Pandemiya ilə Mübarizə Fondunda təxminən 800 milyard avro kredit və qrantlar var. Ümumilikdə Avropanın Ukraynaya yardımı hələlik bu məbləğin kiçik bir hissəsidir. Təhlükə altında olanı nəzərə alsaq, bu, təəccüblü dərəcədə azdır”, - məlumatda deyilir.

Tarix
2022.08.18 / 09:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla