Yuxarı

Ermənistanda meriya binasına girən şəxs intihar etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022.08.19. 23:38

Ermənistanın Masis şəhərində üzərində tapança və qumbara olan naməlum şəxs meriya binasına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə şəhərin vitse-meri Norayr Akopyan məlumat yayıb.

“Sərxoş vəziyyətdə olan şəxs meriya binasına daxil olub. Bundan sonra partlayış baş verib. Binada işçilər, mühafizəçi olmayıb. Xəsarət alan yoxdur”, - deyə o bildirib.

İlkin məlumata görə, həmin şəxs tapançadan da bir neçə dəfə atəş açıb və hər hansı tələb irəli sürməyib.

Hadisə yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, polis qüvvələri cəlb edilib.

***

Ermənistan polisi Masis icmasının binasına silahla soxulan şəxsin özünü güllələyib öldürdüyünü bildirib.

Qeyd edilib ki, polis içəri girərkən silahlı şəxsin meyitini tapıb.

***

Ermənistanda bələdiyyə binasına soxulmuş silahlı şəxs intihar edib.

Məlumata görə, Ermənistan polisi rəisinin birinci müavini Aram Ovannisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları içəri girərək başından güllə yarası almış 36 yaşlı Eduard Marqaryanın meyitini aşkar ediblər.

Polislər arasında ölən və yaralanan yoxdur.

Tarix
2022.08.20 / 02:07
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla