Yuxarı

Məhəmməd Əlini Mişel Obama ilə nə birləşdirir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhəmməd Əlini Mişel Obama ilə nə birləşdirir?

17 yanvar tarixində dünyada doğulan məşhurlardan ikisinə diqqət edək – hər ikisi qaradərili, hər ikisi Birinci!

Əfsanəvi boksçu

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. 1960-cı il Olimpiya çempionudur. 1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.

1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edib. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli var. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilib. Buna səbəb Əlinin ictimai fəaliyyətidir.

Qaradərili ilk "birinci xanım"

17 yanvarda ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı olan Mişel Obama anadan olub. Peşəcə vəkil olan Mişel Prinston Universitetini (sosiologiya bakalavrı), Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib. "Forbes" jurnalı 2010-cu ildə ABŞ Prezidentinin xanımı Mişel Obamanı dünyanın ən nüfuzlu qadını elan edib.

Tarix
2014.01.17 / 22:49
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyev Makronu təbrik etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlərin təkbətək görüşü oldu

Prezident Peter Pelleqrinini Şuşada qarşıladı

Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla