Yuxarı

Rusiya gürcü ssenarisinə ümid edirdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya qarşı 3 aylıq genişmiqyaslı müharibədən sonra Rusiya ordusunda deqradasiya prosesi başlayıb. Ölkə iqtisadiyyatı da artıq ehtiyaclarını ödəyə bilmir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Həqiqətən də onlar gürcü ssenarisindəki kimi qısa bir müddətdə müharibədə qalib gələcəklərinə ümid edirdilər. Ancaq Rusiya uzunmüddətli müharibə ilə üzləşdi və gücü yalnız üç aya çatdı. Artıq may ayında Rusiya qüvvələrinin Ukraynada hücum tempi aşağı düşməyə başlayıb. Bir aydır ki, cəbhə xəttində vəziyyət çox dəyişməyib. Bu müddət ərzində isə ən böyük nailiyyətləri Baxmut istiqamətində 10 kilometr irəliləmək oldu”, - Jdanov bildirib.

Jdanov həmçinin düşünür ki, mövcud vəziyyəti nəzərə alsaq, Rusiya bu gün ikinci cəbhəni açmaq iqtidarında deyil:

“İkinci cəbhəni necə açmaq olar, ordu haradadır? Onlar Nijni Novqorod vilayətində 15 min nəfərlik ehtiyat korpus yaradıb. Bura yerləşdiriləcək texnika və silahları isə 30-a yaxın hərbi qatarla təxminən bir aya daşıyacaqlar. Düzdür, bu, vəziyyəti müəyyən istiqamətə dəyişə bilər, amma ikinci cəbhəni açmağa qadir deyil”.

Tarix
2022.08.24 / 08:45
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla