Yuxarı

Təhsil naziri Ermənistanın adını dəyişməsini təklif edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağı təklif edib.

Tarix dərsliklərində Ermənistan Şərqi və Qərbi Ermənistanlara bölünür. Şərqi Ermənistan deyəndə, XIX əsrin əvvəlindən Rusiya İmperiyasının tərkibinə daxil edilən, buna qədər isə İranın tərkibində olan ərazi nəzərdə tutulur.

Tarixçilərə görə, məhz bu ərazidə sonradan Birinci Ermənistan Respublikası, Ermənistan SSR və bugünkü Ermənistan Respublikası yaradılıb.Qərbi Ermənistanın isə Türkiyə ərazisində qaldığı bildirilir. Və məhz bu ərazidə 1915-1923-cü illərdə ermənilərin qırğına məruz qaldığı iddia edilir.

Odur ki, Ermənistan elm və təhsil nazirinin təklifi sözügedən məqamın xüsusilə qeyd edilməsinə eyhamdır. Onun fikrincə, ölkənin adını dəyişmək məsələsi konstitusiya islahatı yolu ilə həll oluna bilər.

Aşotyan bu addımın xarici siyasi "mahiyyətini" də gizlətmir: "Ölkəmizin adının dəyişməsini mən tarixi ədalətin bərpa olunması, vətənpərvərlik və qanuni tələblərimiz nöqteyi-nəzərindən müzakirə etməyi təklif edirəm. Fikrimcə, Erməni dağlığında qurduğumuz dövlətə Şərqi Ermənistan Respublikası adının verilməsi düzgün olardı", - öz Facebook səhifəsində Armen Aşotyan yazıb.

O, hələ 2005-ci ildə konstitusiya islahatları toplusu müzakirə olunarkən, "Erməni soyqırımının 100 illik tarixi" yaxınlaşdığını xatırladaraq, belə təklif irəli sürdüyünü bildirib.Ermənilər 20-ci əsrin əvvəlində Osmanlı Türkiyədə "erməni soyqırımı törədildiyini, Birinci Dünya Müharibəsi illəri 1,5 milyondan çox Qərbi Ermənistan yerli əhalisinin həlak olduğunu" iddia edir və 2015-ci ildə həmin hadisələrin 100 illiyini qeyd etməyə hazırlaşırlar (Publika).

Tarix
2014.01.18 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla