Axar.az
Yuxarı

Axar.Az Logo

Ermənistanda 1,7 milyardlıq heroin partiyası tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Ermənistan sərhədində Meğri rayonu ərazisində yük maşınında 927 kiloqram heroin tutulub.

Narkotiklər İrandan Gürcüstana gedən yük maşınının gizli yerinə qoyulubmuş. Yük maşınının sürücüsü 61 yaşlı Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanıb. Hazırda narkotikin daşınmasına aidiyyəti olan digər şəxslər araşdırılır.

Rusiya hüquq mühafizə orqanlarının fikrincə, tutulan narkotiklərin ümumi dəyəri 58 mlrd rubl (1,7 milyard dollar) səviyyəsində qiymətləndirmək olar.

Qeyd edək ki, indiyə kimi İspaniyada tutulmuş ən iri heroin partiyası 315 kq (2008-ci il), Türkiyədə isə 717 kq (2013) olub. Böyük ehtimalla narkotik Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri tərəfindən saxlanıb. Amma İrandan Ermənistana digər narkotika trafiki də var ki, bu da Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən keçir.

Mehri hadisəsi bir daha sübut etdi ki, İrandan Ermənistanda mütəmadi olaraq iri partiya narkotika keçirilir və böyük ehtimalla həmin yüklər beynəlxalq nəzarətdən kənarda olan Dağlıq Qarabağ ərazisindən daşınır. Sadəcə, qışın sərt keçməsi Dağlıq Qarabağla Ermənistan arasında yol keçidlərinin bağlanmasına səbəb olub ki, narkomafiya bu dəfə yükü birbaşa İrandan Ermənistana gətirməyə qərar verib. (ANS)

Tarix
2014.01.18 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Dünya savaşının başlanmasına çağırışdır

Zelenski: NATO dərhal zərbə endirməlidir!

Ukrayna İran dronlarının 60 faizini məhv etdi

Ukrayna ordusu daha bir kəndi azad etdi

İşdən qovulan polis arvad-uşağını və 38 nəfəri öldürdü

Medvedyev: Qərb sona qədər gedəcək!

İsrail ordusuna tapşırıq: Hücuma hazır olun!

Rusiya ordusu beş HİMARS raketini vurdu

TANAP-la nəql edilən qazın həcmi artırılır!

ABŞ-ın 4 ssenarisi: Moskvanı vuracaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla