Yuxarı

Pelosi ermənilərin "farslarla savaşı"nı niyə qabartdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir.

Axar.az xəbər verir ki, bunu erməni analitik Arqişti Kiviryan Feysbuk səhifəsində yazıb.

“Nensi Pelosi Qafesyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən (? - red.) danışmağa başladı. Beyinsizlərə indi sadəcə demək olar ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin antiiran cəbhəsinə cəlb olunmasıdır. Vilsonun “yetimləri” isə onun onları xilas etməyə gəldiyini düşünürlər. Və bu, Pelosinin günahı deyil. Əgər bu insanlar Vilsonun tullantı kağızına kütləvi şəkildə inanıblarsa, bu xalqı hər şeyə inandırmaq olar. Bura bir dəfə Boltonun İrəvana səfəri zamanı dediklərini də əlavə edin”, - o bildirib.

Analitik qeyd edib ki, İran öz ordusunu Ermənistan sərhəddinə gətirdi, amma bu siyasi axmaqlar Nensi Pelosinin ayaqlarından asıldı:

“Onlar Pelosiyə "Ay, bizim misilsiz xilaskarımız!" deyirlər. Qulaq asın, bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır və Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: onlardan biri Rusiya, ikincisi isə İrandır. İlham Əliyev heç kəsin sözünə əhəmiyyət vermir, xüsusən də enerji baxımından ondan asılı olanların... İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər?"

Qeyd edək ki, ermənilər beşinci əsrdə bu regionda olmayıblar və farslarla da savaşmayıblar. Ənənəvi olaraq alban tarixini oğurlayan ermənilər bu döyüşü də saxtalaşdıraraq, öz adlarına çıxır.

Tarix
2022.09.19 / 08:30
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla