Yuxarı

Tiflisdən Bakı və İrəvana: Hazırıq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən Bakı və İrəvana: Hazırıq!

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının tribunasında çıxışı zamanı deyib.

"Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Artıq uğurlu işlərimiz olub. Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin müqabilində 15 erməni hərbi əsirinin sağ-salamat geri qaytarması kimi..." - Qaribaşvili bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib:

"Bölgəmizdə çox vacib olan sülh və sabitliyin bərqərar olması üçün biz dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”.

Tarix
2022.09.22 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla