Yuxarı

“Fiona” 500 min kanadalını elektriksiz qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fiona” 500 min kanadalını elektriksiz qoydu

“Fiona” qasırğası nəticəsində Kanadanın Yeni Şotlandiya əyalətinin 500 minə yaxın sakini elektriksiz qalıb.

Axar.az xəbər verir ki, “Fiona” şiddətli leysan yağışları və güclü küləklə müşayiət olunub. Qasırğanın vurduğu ziyanın miqyası şənbə günü səhər məlum olub. Bir çox binaların dam örtüyü qopub, pəncərələri qırılıb. Ağacların qırıntıları avtomobil yollarını örtüb.

Yeni Şotlandiyanın hakimiyyət orqanları əhaliyə xəbərdarlıq ünvanlayaraq yaxın 72 saat üçün ərzaq ehtiyatı görməyə, gəzintilərdən çəkinməyə çağırıb. Şahzadə Eduard Adasının sakinləri güclü daşqınların mümkünlüyü barədə xəbərdar edilib.

Qasırğanın gücünün nisbətən azalmasına baxmayaraq, meteoroloqlar leysan yağışların və şiddətli küləyin hələ bir müddət də davam edəcəyini bildirirlər. Onlar hesab edirlər ki, bu, ölkənin tarixində ən güclü qasırğalardan biridir.

Tarix
2022.09.24 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla