Yuxarı

Məhsa Əmini necə öldürülüb? - Məxfi sənəd üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsa Əmini necə öldürülüb? - Məxfi sənəd üzə çıxdı

“Əlinin ədaləti” adlı haker qrupu İranın Məhkəmə Hakimiyyətinin məxfi məktubunu dərc edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, məktuba əsasən, Tehran Prokurorluğunun 5-ci şöbəsinin prokuror köməkçisi Əli Əmrayi prokurora yazıb ki, bəzi şahidlər və mağaza sahibləri polisin Məhsa Əminini həbs edərkən onun başını səki daşlarına vurduğunu gördüklərini deyiblər.

Sənəddə yazılıb:

“Ətraflı araşdırma aparılıb və bütün insanlar daim eyni yerdə dayanan "əxlaq polisi" adlanan şəxslərin davranışlarının bəzən yersiz olduğunu, onlarla xalq arasında çoxlu gərginliyin yaşandığını vurğulayıblar. Yuxarıda adıçəkilən şəxslə bağlı bəziləri eyni gün və eyni vaxtda (13 sentyabr, çərşənbə axşamı, saat 18:30 radələrində) gərginlik müşahidə etdiklərini bildiriblər. Qızın maşına mindirilərkən müqavimət göstərdiyi və nəticədə başının yol kənarındakı beton səkiyə dəydiyini deyiblər”.

Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın əxlaq polisi tərəfindən sentyabrın 13-də saxlanılıb. Zorakılığa məruz qalan qız 16 sentyabrda ölüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır.

Tarix
2022.09.29 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla