Yuxarı

İran təyyarəsində bomba: Dehli qırıcı qaldırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran təyyarəsində bomba: Dehli qırıcı qaldırdı

İran aviaşirkəti Hindistan səmasında uçan təyyarəsində bomba təhlükəsi barədə Dehli aviasiya rəhbərliyinə məlumat verib.

Axar.az xəbər verir ki, bu barədə ANI xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Hindistanın hava məkanında olan İran sərnişin təyyarəsinin göyərtəsində bomba təhlükəsi olduğu bildirilib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qalxıb”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, “Mahan Eyr” Dehlidə təcili eniş tələb edən bomba ilə bağlı mesaj aldıqdan sonra Dehli Hava Limanının Hava Nəqliyyatı İdarəsi ilə əlaqə saxlayıb:

“Dehli hava nəqliyyatı idarəsi təyyarəyə Caypura getməyi təklif edib, lakin təyyarənin pilotu bundan imtina edib və Hindistanın hava məkanını tərk edib”.

Qeyd olunur ki, təyyarə Tehrandan havaya qalxıb və Quançjouya enməlidir.

Tarix
2022.10.03 / 12:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla