Yuxarı

Qətər yardım istədi: Ankara əsgər göndərəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamenti Qətərdə keçirilən “Dünya Çempionatı Qalxanı” əməliyyatı çərçivəsində ölkənin hərbi kontingentinin altı aylıq missiyası haqqında qanun layihəsini təsdiqləyib. Sənəd noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə Türkiyə ordusunun cəlb edilməsini nəzərdə tutur.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, missiya Qətər hakimiyyətinin Türkiyəyə müraciəti əsasında həyata keçiriləcək.

“Türkiyə və Qətər arasında tarixi, mədəni və humanitar əlaqələri, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə sıx əməkdaşlığı, eləcə də Fars körfəzi regionunda sabitlik və təhlükəsizliyin bütün region üçün əhəmiyyətini nəzərə alaraq, Qətər hökumətinin müraciətinə müsbət cavab verilməsi məqsədəuyğun hesab edilib”, - deyə parlamentin qərarında deyilir.

Orada hərbi kontingentin sayı göstərilmir.

Bundan əvvəl Qətərdə idman obyektləri və hotellərin təhlükəsizliyinə kömək etmək üçün Türkiyənin üç minə yaxın polis əməkdaşı, 100 xüsusi təyinatlı, partlayıcı qurğular üzrə 50 mütəxəssis və 80 xidməti it göndərəcəyi bildirilmişdi.

Tarix
2022.10.06 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla