Yuxarı

Suriyaya silah və sursat aparan 7 yük maşını saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluğun rəhbərlik etdiyi əməliyyata 500 jandarma cəlb olunub.

Yanvarın 19-da Türkiyə ordusunun jandarma qüvvələri Adana ərazisində Suriyaya silah və sursat aparmaqda şübhəli bilinən 3 TIR saxlayıb. "Radikal" qəzetinin yazdığına görə, jandarma qüvvələrinin Tarsus-Adana-Qaziantep magistralının Ceyhan hissəsində saxladığı yük maşınlarında axtarış aparıb.

Qəzetin məlumatına görə, 500 jandarma əsgərinin qatıldığı əməliyyat-axtarış tədbirləri çərçivəsində 3 sürücü, o cümlədən avtomobilləri çəkmək istəyən bir neçə jurnalist həbs olunub. Hərbçilərin məlumatına görə, TIR-lar silah və sursat yüklü olub. Ancaq əməliyyat bununla da bitməyib, hərbçilər şübhəli bilinən daha dörd TIR-ı da saxladaraq axtarış aparıb. Türkiyə Cümhuriyyət Prokurorluğunun təlimatı ilə aparılan əməliyyat zamanı ələ keçirilən silah və sursatın Suriyaya göndərildiyi iddia olunur.

"Radikal"ın məlumatına görə, avtomobillər Seyhan qəsəbə jandarm idarələrinə aparılıb. Qeyd edək ki, bundan bir qədər əvvəl Adanada bir TIR və iki avtobusda Suriyaya göndərildiyi iddia olunan silah və sursat ələ keçirilib. Hatayda isə bir TIR saxlanılaraq axtarış aparılsa da, yük maşınının kəşfiyyat xidmətinə məxsus olduğu əsas göstərilərək axtarışa mane olunmuşdu. Bu əməliyyata imza atan müstəntiq isə başqa yerə göndərilmişdi ("Musavat").

Tarix
2014.01.19 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla