Yuxarı

Bişkek KTMT təlimini ləğv etdi: Rusiya "cavab" axtarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bişkek KTMT təlimini ləğv etdi: Rusiya "cavab" axtarır

Çox güman ki, Qırğızıstanın bu addımı atmasına səbəb Qərbdən gələn siqnalları qəbul etməsidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini Konstantin Zatulin “Danışır Moskva” radiosuna müsahibəsində Qırğızıstanın KTMT-nin “Sarsılmaz qardaşlıq-2022” təlimlərini ləğv etməsi qərarı haqda danışarkən deyib.

“Düşünürəm ki, bunun bir səbəbi Qırğızıstanın Qərbdən gələn siqnalları qəbul etməsidir. Belə ki, o, mübahisə mərkəzinə düşmək istəmir. Digər tərəfdən isə bizim nə qədər güclü olduğumuzu, Ukraynadakı mübarizədə necə qələbə qazana biləcəyimizi analiz edir”, - o bildirib.

Zatulinin iddiasına görə, Qırğızıstan Moskva ilə mümkün qədər məsafə saxlamağa və bununla da sanksiyalardan yayınmağa çalışır:

“Bu, ölkələr arasında münasibətin kəsilməsi üçün atılan addım sayıla bilməz. Bu, elə bir oyundur ki, bütün dünyada gedir, hər kəs Qərbin sanksiyası altına düşməmək üçün çalışır”.

Qeyd edək ki, 9 oktyabrda Qırğızıstan KTMT təlininin ləğv edildiyini açıqlayıb. Təlimlər İssık-Kulda 1014 oktyabrda keçirilməli idi.

Tarix
2022.10.10 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla