Yuxarı

ABŞ Rusiyaya görə Ər-Riyadı cəzalandırsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyaya görə Ər-Riyadı cəzalandırsa...

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanını neft hasilatının azaldılması üçün Rusiya ilə birgə qərarına görə cəzalandırmaq qərarına gəlsə, onunla münasibətləri ciddi şəkildə korlaya bilər.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

Məqalədə bildirilir ki, Amerika lideri indi Vaşinqtonun Ər-Riyadın xarici siyasətindəki dəyişikliyinə nə qədər sərt reaksiya verməli olduğunu dəyərləndirməyə çalışır:

"Bununla bağlı Səudiyyə krallığına əsas silahların tədarükünə qadağa qoyulmasını və təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin aşağı salınmasını tələb edən demokratların səsi getdikcə ucalır. Səudiyyə Ərəbistanının nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edən Bayden bu yolla getməyə qərar verərsə, onun manevr etmək imkanları məhdudlaşacaq".

Qeyd olunur ki, Birləşmiş Ştatlar Krallıqla hərbi sənaye sahəsində əməkdaşlığı birdən-birə dayandıra bilməz:

"Ər-Riyad Vaşinqton üçün Yaxın Şərqdə qüvvələr balansının qorunmasında və İrana qarşı tarazlıqda əsas rol oynayır".

Tarix
2022.10.17 / 08:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla