Yuxarı

Çin İsraili ABŞ-ın əlindən alır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin İsraili ABŞ-ın əlindən alır?

Benyamin Netanyahu İsrail-Çin münasibətlərinin dinamik inkişafının tərəfdarıdır. Onun baş nazir olduğu dövrdə - 2016-cı ildən ölkələrarası azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlara başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” nəşri yazıb.

Nəşr qeyd edib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 10 milyard 960 milyon dollardan 18 milyard 160 milyon dollara yüksəlib:

“Bu isə Çini İsrailin AB və ABŞ-dan sonra üçüncü ən böyük ticarət tərəfdaşı edib. Ona görə də Benyamin Netanyahu hökumətinin hakimiyyətə gəlməsi azad ticarət sazişinin imzalanması prosesini də sürətləndirə bilər”.

Məsələylə bağlı nəşrə açıqlama verən Rusiya Siyasi Texnologiyalar Mərkəzinin eksperti Nikita Maslennikov bildirib ki, Çin bizneslərinin texnoloji məkanda qalması üçün müxtəlif alternativ yollara üz tutması vacibdir:

“İsrailin innovativ iqtisadiyyat kimi güclü beynəlxalq nüfuzunu nəzərə alsaq, bu məqamda texnoloji əməkdaşlıq sahəsində qazan-qazan məntiqi işləyir. Çin şirkətləri və İsrail bizneslərinin əməkdaşlığı gücləndirməklə yanaşı, ABŞ sanksiyalarından dəyən zərəri minimuma endirmək üçün planlar quracağını təxmin etmək olar”.

Tarix
2022.11.08 / 03:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla