Yuxarı

Rusiyanı sözlə yox, tankla dayandırmaq olar - Kiyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanı sözlə yox, tankla dayandırmaq olar - Kiyev

Rusiya Ukraynanı danışıqlara razı salmaq üçün ölkənin kritik infrastrukturunu məhv edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Kreml sözçüsü Dmitri Peskovun açıqlamasını şərh edərkən bildirib.

"İŞİD terrorçuları da özlərini eyni şəkildə aparırlar: tələblərini qəbul etdirmək üçün günahsız insanları öldürürlər", - Nikolenko vurğulayıb.

Diplomat qeyd edib ki, Rusiya terrorçu dövlət kimi çıxış edir:

"Peskovun bəyanatı Rusiyanın hələ də danışıqlara sadiq olduğuna inanan bəzi ölkələrin gözlərini açmalıdır. Rusiya təcavüzünü danışmaqla dayandırmaq olmaz. Onu yalnız hava hücumundan müdafiə sistemləri, tanklar və MLRS ilə dayandırmaq mümkündür".

Qeyd edək ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov Rusiya ordusunun Ukraynanın kritik infrastrukturlarına zərbələr endirdiyini bildirib.

Tarix
2022.11.18 / 02:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla