Yuxarı

Avropada daha bir münaqişə alovlanır - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada daha bir münaqişə alovlanır - Xəbərdarlıq

Kimsə serb xalqını qovmağı, xalqımızı öldürə və yaralaya biləcəyini düşünürsə, mənim işim bütün ciddilik və qətiyyətlə dəfələrlə dediklərimi onlara xatırlatmaqdır. Bəzilərindən fərqli olaraq, mən bunun nə demək olduğunu bilirəm - biz xalqımızın yanında olacağıq və onları çətinlikdə qoymayacağıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Serbiya Prezidenti Aleksandar Vuçiç çıxış edib.

“Biz sülhü və sabitliyi qoruyub saxlayacağıq, lakin serb xalqı bilməlidir ki, Serbiya dövləti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Qərb tərəfdaşlarının Ukrayna və digər ərazilərdəki vəziyyətdən danışarkən istinad etdiyi hər şeyə uyğun olaraq onların arxasında dayanır”, - Vuçiç söyləyib.

Qeyd edək ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS - Kosova Respublikası) tələbi irəli sürüb. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.

Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərinə də göndərib.

Tarix
2022.11.22 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla