Yuxarı

Orbanın geyindiyi şərf Ukrayna ilə gərginlik yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orbanın geyindiyi şərf Ukrayna ilə gərginlik yaratdı

Macarıstanın Ukraynadakı səfirini “Böyük Macarıstan” xəritəsi ilə şərf geyinib ictimai tədbirə gələn Baş nazir Viktor Orbanın hərəkətinə görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü Oleq Nikolenko deyib.

“Macarıstanda revizionizm ideyalarının təbliği Ukrayna-Macarıstan münasibətlərinə kömək etmir. Macarıstan səfiri artıq Ukrayna XİN-ə dəvət olunub. O, Viktor Orbanın hərəkətinin qəbuledilməzliyi barədə məlumatlandırılacaq”, - Nikolenko bildirib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan və Yunanıstan milli futbol komandaları arasında keçirilən yoldaşlıq oyununa gəlib. Onun taxdığı şərfdə tərkibində qonşu dövlətlərin - müasir Avstriya, Slovakiya, Rumıniya, Xorvatiya, Serbiya və Ukraynanın əraziləri olan “Böyük Macarıstan” xəritəsi (Birinci Dünya müharibəsinin sonuna qədər Macarıstan Krallığına məxsus olan, sonra Trianon sülh şərtlərinə əsasən itirdiyi) əks olunub.

Tarix
2022.11.22 / 14:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla