Yuxarı

İrəvandan şok: KTMT Cənubi Qafqazdan gedir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan şok: KTMT Cənubi Qafqazdan gedir - Video

Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, KTMT özü regionu tərk edir və biz bundan narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.

“Bizim partnyorlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab “hə”dirsə, onda bunu ucadan deməlidirlər”, - o bildirib.

O, növbəti dəfə Azərbaycanın ünvanına böhtan yağdırıb və KTMT üzvü olan Ermənistanın ərazisində Azərbaycan Ordusunun dayandığını bildirib: “KTMT üzvləri bununla necə barışıb?”

Qeyd edək ki, Ermənistana dəfələrlə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlamaq təklif edilib. Yalnız delimitasiyadan sonra hansı ərazilərin Ermənistana aid olub-olmadığı üzə çıxacaq.

Ermənistan isə delimitasiya və demarkasiya prosesini gecikdirməklə, iddia etdiyi torpaqları öz ərazisi adlandırır. Halbuki Ermənistanın 30 illik işğal zamanı sərhədlərini qabağa çəkərək, Azərbaycan ərazilərində yaşayış evləri tikdiyi, həmçinin Gorus-Qafan nümunəsində olduğu kimi, beynəlxalq əhəmiyyətli yolunu Azərbaycan ərazisindən keçirdiyi məlumdur.

Üstəlik, hazırda Ermənistanda Azərbaycana məxsus ən azı 8 kənd var, həmçinin bu kəndlərə birləşən sahələrin “otlaq sahələri” adı ilə 1986-87-ci illərdə Ermənistana icarəyə verilməsi də məlumdur. Faktiki olaraq Azərbaycan kəndlərini hələ də işğalda saxlayan Ermənistanın guya bir neçə kv.km ərazisində Azərbaycan Ordusunun dayandığını bildirməsi gülüncdür.

Tarix
2022.11.24 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla