Yuxarı

BMT İranla bağlı xüsusi missiya yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT İranla bağlı xüsusi missiya yaradır

BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən xüsusi sessiyada İranda etirazlar zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.

Axar.az xəbər verir ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.

Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.

Tarix
2022.11.24 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla