Yuxarı

Müharibə bu şərtlə dayandırıla bilər - Peskov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə bu şərtlə dayandırıla bilər - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və müharibəni dayandırmağın şərtlərini açıqlayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Peskov Ukraynanın Rusiyanın şərtlərini yerinə yetirməyə razı olacağı təqdirdə bütün hücumların dayandırıla biləcəyini deyib.

“Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq və problemi Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə həll etmək üçün hər cür imkanı var”, - Kremlin sözçüsü deyib.

Rusiyanın şərtləri hansılardır?

Peskov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hakimiyyəti dəyişmək məqsədi daşımır.

Kremlin sülh şərtlərinə Rusiyaya birləşməyə qərar verən 4 bölgənin Moskvada qalması və Krım məsələsinin, ümumiyyətlə, müzakirə olunmaması daxildir.

Rusiya, həmçinin Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olmasının vacibliyini vurğulayır.

Ukrayna isə hər fürsətdə bildirir ki, rus əsgərləri işğal olunmuş ərazilərdən çəkilmədikcə Kiyev danışıqlar masasına əyləşməyəcək.

Tarix
2022.11.25 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla