Yuxarı

Tokayev ilk səfərini bu ölkəyə edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev ilk səfərini bu ölkəyə edəcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yenidən prezident seçildikdən sonra ilk səfərini Moskvaya edəcək.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov söyləyib.

O bildirib ki, səfər noyabrın 28-də baş tutacaq və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə sənədlər imzalanacaq:

“Bu, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dövlət başçısı kimi yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq. Prezidentlər Orenburqda keçiriləcək Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunun iştirakçıları qarşısında çıxış edəcək. Onlar Moskvadan videokonfrans vasitəsilə əlaqə saxlayacaqlar. Prezidentlər işgüzar səhər yeməyi formatında ünsiyyəti davam etdirəcək, sənədlər imzalayacaqlar, ona görə də bu, bizim üçün və ikitərəfli Rusiya-Qazaxıstan münasibətləri üçün çox vacib tammiqyaslı səfər olacaq”, - Peskov bildirib.

Tarix
2022.11.25 / 15:25
Müəllif
Mehriban Xəlilli
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla